“Əmim Eldəniz Quliyev Milli Şuranın üzvüdür, müxalifətdə olan odur, mən deyiləm. Amma böhtançılar və mənə şər atanlar bundan da mənim əleyhimə istifadə etməyə çalışırlar”.
Moderator.az gün.az-a istinadən xəbər verir ki, bu sözləri rejissor Aqil M.Quliyev 1news.az saytına müsahibəsində deyib. O, bildirib ki, bu vəziyyətin özü də ona çox gülünc gəlir: “Əmimlə artıq 20 ildir ki, ünsiyyətdə deyilik. Onun atamla münasibətləri çox soyuq idi, atam öləndən sonra da münasibətlərimiz tamamilə kəsildi. Mən kinostudiyada işləyirdim, həmin vaxt isə Eldəniz Quliyev orada “Debüt” studiyasının baş redaktoru idi, o orada olan vaxt ərzində bir kinometr də çəkməmişəm. O, “Azərkinovideo”nun baş redaktoru olanda da heç nə çəkib-eləməmişəm.
O,
mənə bircə dəfə də olsun, köməklik etməyib. Ünsiyyət qurmasaq da, düşünürdüm
ki, müsahibəmdə onun qardaşı oğlu olduğumu vurğulasam, bu ona xoş təsir
bağışlayar. Ancaq o, bizim evin ünvanını belə bilmir.
Onun
qardaşı oğlu olduğum üçün özümün də müxalifətdə olduğum barədə gəzən bu
söz-söhbətlər məni gözü götürməyənlərin barəmdə uydurduğu dedi-qodudan başqa
bir şey deyil, bunların hamısı çox gülüncdür.
Mənim
bu məsələyə nə aidiyyətim var? Hamı çox yaxşı bilir ki, biz ünsiyyətdə deyilik,
ancaq yenə də bu məsələni şişirtməkdən və dilə-dişə salmaqdan yorulmurlar. Gənc
yaşlarımda elə də punktual deyildim, indi dəyişmişəm. Yaradıcılığın içində
eşələnmək elə də real deyil. İndi ona görə də, belə bir şey uydurublar ki, guya
mən siyasi baxımdan səbatlı deyiləm, məni əminin “müxalifliyinə” calamaq
istəyirlər, halbuki bizim heç bir əlaqəmiz yoxdur”.
































































































