4 qazinin ittihamlarına aydınlıq GƏTİRİLDİ 

Hazırda oxunan: 4 qazinin ittihamlarına aydınlıq GƏTİRİLDİ 

34379

“Bu gün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbul mərkəzi qarşısına gələrək şikayət edən 4 qazinin səsləndirdiyi ittihamlar əsassız və qeyri-obyektivdir”. 

Bizim.Media bu barədə apaya istinadən xəbər verir.

Hərbi səbəblərlə əlaqədar əlilliyin qiymətləndirilməsi sahəsində aparılan işlərdə vacib prinsip bu sahədə şəffaflığın, operativliyin təmin edilməsi və əlillik dərəcələrinin həqiqətən buna haqqı çatan insanlara təyin edilməsidir:

“Sosial şəbəkə səhifəsinə narazılığını bildirən həmin qazilərin əlilliyinin qiymətləndirilməsinə də bu prinsipdən yanaşılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Əlilliyi ləğv edilən şəxslərin sayı AÇIQLANDI


Orxan İmanova hələ 2019-cu ilin dekabrında hərbi xidmət dövrü ilə əlaqədar II qrup əlillik təyinatı aparılıb.

Bu il isə o, əlillik səbəbinin “ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi kimi qeyd olunması üçün Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına müraciət edib və bu gün Hərbi Həkim Komissiyası bununla bağlı müvafiq şəhadətnaməni təqdim edib.

O, aidiyyəti qurumların müvafiq sənədləri əsasında əlilliyinin yenidən qiymətləndirilməsi üçün əyani müayinəyə dəvət edilib.

Lakin o əyani müayinədə iştirak etməkdən imtina edib. Orxan İmanova onun hərbi səbəblərlə əlaqədar əlilliyinin qiymətləndirilməsinin bu sahədə şəffaflığın təmin edilməsi üçün məhz əyani müayinədən sonra həyata keçiriləcəyi bildirilib. 
 

Digər qazı Rafiq Məmmədov əlillik təyinatının gecikdirildiyini bildirsə də, əslində qaziyə aid göndərişin (Forma 88) və Şəhadətnamənin aidiyyəti qurumlar tərəfindən elə bu gün təqdim edildiyi müəyyən olunub. Agentlikdə ekspert-həkimlər tərəfindən əyani müayinə əsasında onun əlilliyinin qiymətləndirilməsi aparılıb.


Müayinənin nəticələrinə əsasən əlillik təyinatı aparılmaqla yaxın iki gündə ona bu barədə rəsmi məlumat göndəriləcək. Bu barədə qazinin özünə də məlumat verilib 

Digər iki şəxsin əlilliyinin qiymətləndirilməsi ilə bağlı Agentliyə aidiyyəti sənədlər təqdim edilməyib. Həmin sənədlər (o cümlədən, göndəriş) təqdim edildiyi halda onların da əlilliyi qiymətləndiriləcək”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin