Avqustun 22-si rayonun Puta qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan naməlum insan meyitinin aşkar edilməsi barədə Qaradağ rayon prokurorluğuna məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Meyit müayinə olunarkən üzərində kəsici alətlə yetirilməyə xarakterik olan çoxsaylı xəsarətlər aşkar edilib.
MÖVZU İLƏ BAĞLI:
ŞOK: Bakıda qadının əl-qolunu bağlayıb yandırdılar
Öldürülən şəxsin 27 yaşlı Nuriyev Əhəd İsmayıl oğlu olduğu müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin avqustun 18-də səhər saat 05 radələrində 36 yaşlı Mirşahid Mehdiyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı törədilməsi müəyyən edilib.
Mirşahid Mehdiyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bizim.Media