Ərəstun Oruclu:"Hümbətovun Ermənistan səfəri Azərbaycan üçün ciddi təzyiq vasitəsi ola bilməz".

Hazırda oxunan: Ərəstun Oruclu:"Hümbətovun Ermənistan səfəri Azərbaycan üçün ciddi təzyiq vasitəsi ola bilməz".

34331

 Erməni KİV-ləri  vaxtılə özünü qondarma "Talış Muğan Respublikası"nın prezidenti elan etmiş Əlikram Hümbətovun  növbəti dəfə İrəvana gəlməsi xəbərini yayıb. Maraqlıdır Ə.Hömbətovun İrəvan səfərinin təşəbbüsü kimə aiddir? Mövzu ilə əlaqədar olaraq Moderator.az-a açıqlama verən Şərq-Qərb araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu qeyd edib ki, Ə.Hümbətovun bu səfərində  müxtəlif qüvvələrin marağı olmaq ehtimalı yüksəkdir:

"Hümbətovun Azərbaycanda olan bütün fəaliyyəti pozuculuqdan ibarət olub. Bu gün onun sığınacaq alıb rahat yaşamaq 

əvəzinə, yenidə Azərbaycana qarşı fəaliyyət göstərməsi o anlama gəlir ki, ya onun bu işdə xüsusi marağı var, ya da onu hansısa qüvvələr bu işə cəlb edib. Mən hesab edirəm ki, Ə.Hümbətovun Ermənistana səfəri Azərbaycan üçün ciddi  təzyiq vasitəsi ola bilməz".

 Xəyal Əzizov

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin