Ötən gün günorta saatlarından Tovuzda rayon ərazisində mavi yanacağın təminatı dayandırılıb. Buna səbəb magistral xəttdə yaranan qəzadır. Hazırda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları ana xəttdə yaranan problemin həlli istiqamətində operativ işlər həyata keçirirlər. Bu səbəbdən rayon ərazisində propan qaza ehtiyac yaranıb. Rayonda maye qaz doldurma məntəqələrində əhali sıxlığı müşahidə olunur.
Bizim.Media-nın bölgə müxbirinin verdiyi məlumata görə, kiçik həcmli balonların biri 4 AZN 50 qəpiyə, böyük balonlar ( 20 kq) isə 30 AZN-ə doldurulur.
“Azəriqaz İstehsalat Birliyinin Tovuz rayonunun Təmir-bərpa şöbəsinin rəisi Məqsəd Qasımov saytımıza bildirib ki, “Azəriqaz” İB-dən gələn bildirişə əsasən iki gün təmir-bərpa işləri davam etdiriləcək.
Rayon ərazisində üç qaz doldurma məntəqəsinin hamısında eyni mənzərə yaranıb.
Cümşüd Məmmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:46 / 26.08.2021
Tovuzda mavi yanacağın təminatı dayandırıldı – SƏBƏB - FOTO
Hazırda oxunan: Tovuzda mavi yanacağın təminatı dayandırıldı – SƏBƏB - FOTO
Hazırda oxunan: Tovuzda mavi yanacağın təminatı dayandırıldı – SƏBƏB - FOTO
34289
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.