Qaz-işıq sayğacları niyə tez-tez dəyişdirilir? - SƏBƏBLƏR

Hazırda oxunan: Qaz-işıq sayğacları niyə tez-tez dəyişdirilir? - SƏBƏBLƏR

34288

Azərbaycanda sayğacdəyişmə məsələsi tez-tez təkrarlanır. Son günlər ən aktual məsələlərdən biri hesab olunan və küllü miqdarda dövlət vəsaiti xərclənərək geniş infrastrukturu qurulan sağyacların heç bir əsas olmadan yeniləri ilə əvəzlənməsi ictimaiyyətdə narazılıqla qarşılanıb.

Bəzi abonentlərin fikrincə, yeni sayğaclar daha çox pul yazır.  

Sosial şəbəkədə müzakirəyə çıxarılan məsələyə “Azəriqaz” İstehsalat Birliyinin direktoru Ruslan Əliyev də reaksiya bildirib.

 O, əhali abonentləri üzrə sayğacın 5 ildən bir dövlət yoxlamasına çıxarıldığını, əgər ünvan və ya ad dəyişikliyi yoxdursa müqavilənin birdəfəlik bağlandığını qeyd edib:

“Çıxarılan sayğac isə dövlət yoxlamasından uğurla keçdikdən sonra yenidən istehsalata qaytarılır. Bu qaydalar bütün ölkələrdə belədir, ola bilər bəzi ölkələrdə illər fərqli olsun. Amma bütün ölkələrdə var. Səbəb isə sayğac ölçü avadanlığıdı. Müəyyən zamandan sonra xəta ilə işləməsi mütləqdir. Hətta bir çox ölkələrdə xəta nəticəsində itirilmiş enerji abonentdən tələb olunur”, deyə Ruslan Əliyev əlavə edib. 

İqtisadçı-alim Nazim Bəydəmirlinin sözlərinə görə sayğacların alınması və tenderlərin qalibləri müxtəlif zamanlarda jurnalist araşdırmalarında mövzu olub.

Hansı ki, biabırçı şəkildə dövlət vəsaitini mənimsənilməsindən söhbət gedir:

“Əvvəllər mexaniki sayğaclar idi, sonra onu smart sayğaclara keçirdilər. Vətəndaşlar da haqlı olaraq ümidləndilər ki, smart sayğaclara müdaxilə olmayacaq və doğru hesablanacaq. Avropa ölkələrinə baxsaq, istehlakçıların bütövlükdə maksimum istehlakı adambaşına 1000 kubdur. Avropa ilə bizi müqayisə etmək doğru deyil. Bu mənada rəqəm 500 kubdan yuxarı olmamalıdır. Amma “Azəriqaz”ın statistik rəqəmlərində bu rəqəm daha çox göstərilir və bunun hamısını itki kimi göstərirlər. Bunları müxtəlif kommersiya obyektlərinə verərək, əhalinin belinə yazırlar. Sayğacların maya dəyəri şişirdilərək və istehlak faizini artıraraq oradan mənimsəmələr həyata keçirilir”.
 

MÖVZU İLƏ BAĞLI:

Bu il Azərbaycan iqtisadiyyatına 7,5 milyard investiya qoyulub - DETALLAR


İqtisadçı bildirir ki, dünya ölkələrinin heç birində tez-tez sayğac dəyişdirilmələri proseduru aparılmır:

“Sayğacların uzun müddət istifadə müddəti var və bu müddət bitmədən onun dəyişdirilməsi çox nadir hallarda baş verir. Azərbaycanda bəzi işbaz və iri vergi ödəyiciləri həm keyfiyyətsiz xidmət göstərirlər, həm də sayğac əməliyyatlarından milyonlar mənimsəyərək vəsaiti şəxsi mənafeləri üçün istifadə edirlər”.

Xatırladaq ki, bu günlərdə Azərbaycanda abonentlərin ağıllı sayğaclarla təchiz ediləcəyi də bildirilmişdi.

Yəni qaz işıq, su və istilik təchizatı ağıllı sayğaclarla əvəzlənəcək. Bu barədə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsində bildirilib. Sənəddə qeyd edilib ki, enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edəcəklər. Yəni, bu kütləvi xarakter daşımalı deyil.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin