“Pademiya şəraitində vətəndaşlarımız tibbi maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara riayət etməlidir”.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev yayıb.
Onun fikrincə, bu tədbirlərin keçirilməsində əsas məqsəd vətəndaşların sağlamlığının effekiv mühafizəsidir.
O bildirib ki, müşahidələr pandemiya şəraitində virus riskinin yüksək olduğu qapalı məkanlarda, ictimai nəqliyyatda bəzi vətəndaşların sağlamlıqlarına laqeyd və biganə yanaşaraq, polis gördükdə “qaydalara əməl edirəm” görüntüsü yaradaraq tez maskasını taxdıqlarını göstərir:
“Halbuki belə şəxslər bu qaydalara laqeyd və biganə yanaşmaqla sağlamlığını qorumaq əvəzinə cərimədən, inzibati tənbeh tədbirlərindən yayınmağa çalışırlar. Və bu neqativ halların qarşısını almaq məqsədilə polis əməkdaşları mülki geyimdə də xidmətə cəlb olunub”.
O, polisin hansısa vətəndaşı cərimələmək kimi bir niyyəti olmadığını vurğulayıb:
“Yalnız qaydalara əməl etməyən vətəndaşları qanun gücü, təsiretmə imkanları ilə çəkindirməyi əsas vəzifə kimi polis əməkdaşlarının qarşısına qoyulub. Nə qədər ölkəmizdə pandemiya şəraitində virus riski var, polis tərəfindən müvafiq tədbirlər daha da qətiyyətlə davam etdiriləcək”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:23 / 26.08.2021
“Polisin vətəndaşı cərimələmək niyyəti yoxdur” – DİN-dən AÇIQLAMA
Hazırda oxunan: “Polisin vətəndaşı cərimələmək niyyəti yoxdur” – DİN-dən AÇIQLAMA
Hazırda oxunan: “Polisin vətəndaşı cərimələmək niyyəti yoxdur” – DİN-dən AÇIQLAMA
0:00
0:00
34277
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.