Erməni hərbçilərindən TƏXRİBAT - ƏSGƏRİMİZ YARALANDI

Hazırda oxunan: Erməni hərbçilərindən TƏXRİBAT - ƏSGƏRİMİZ YARALANDI

34242

Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində düşmən tərəfi hücum edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Dövlət Sərhəd Xidməti yayıb. 

Bildirilir ki, Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb. Əlbəyaxa döyüş zamanı Şirəliyev Ruslan sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan ordusu Sədərək istiqamətində yanğınlar törətməyə cəhd etdi - FOTO


Digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermənistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaçıblar:  

“Əsgər R.Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilib, hazırda həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və bu təxribata adekvat cavab veriləcək” - deyə Dövlət Sərhəd Xidmətindən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin