Azərbaycanlılar hansı ölkələrə vizasız gedə bilər? – SİYAHI DƏYİŞDİ

Hazırda oxunan: Azərbaycanlılar hansı ölkələrə vizasız gedə bilər? – SİYAHI DƏYİŞDİ

34203

Yaponiya “Henley Passport Index” pasportlar reytinqində birinci yerdə qərarlaşıb.

Bu ölkənin vətəndaşları düz 191 ölkəyə vizasız səyahət edə bilərlər. Yaponiya bu reytinqdə artıq üçüncü ildir ki, liderliyini qoruyub saxlayır.

Bizim.Media xəbər verir ki, reytinqdə ümumilikdə 107 ölkə yer alıb. Azərbaycan 76-cı yerdə qərarlaşıb. Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız səyahət edə bilərlər. 
 

Ermənistan isə Azərbaycandan 5 pillə geridə - 81-ci yerdədir və onlar 62 ölkəyə vizasız səyahət edə bilirlər.


Təkcə 2020-ci ildə Azərbaycan Pakistan, Seneqal və Serbiyaya vizasız giriş əldə edib, eyni zamanda Benin və Cibuti ilə vizasız rejim ləğv edilib. Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan, Ukrayna və Türkiyədən başqa vizasız yaşamaq müddəti olan dövlətlər də var. Azərbaycan vətəndaşları viza olmadan İranda 15 gün qala biləcəyiniz təqdirdə, Serbiya, Monteneqro, Bosniya və Hersoqovinada 90 gün qala bilərlər. Vətəndaşlarımızın vizasız Honq-Konqda qalma müddəti 14 günü, Makayziyada isə 30 günü aşmamalıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

AZAL-la bağlı İnvestisiya Holdinqə şikayət - Ölkəyə Aşağıbüdcəli aviaşirkətlər gətiriləcək


Diplomatik, rəsmi, xüsusi və xidməti pasportlarla Almaniya, Albaniya, Avstriya, Argentina, Belçika, BƏƏ, Boliviya, Bolqarıstanda da vizasız 90 gün qalmaq olar. Azərbaycan vətəndaşlarının diplomatik pasportla 90 gün qala biləcəyi digər ölkələr arasında bunlar da var:

Braziliya, Çili, Çexiya, Hindistan, Xorvatiya, Finıandiya, Fransa, İordaniya, İtaliya, İsrail, Kolumbiya, Kuba və s.

Yəni, Azərbaycan pasportu son illər o qədər güclənib ki, hər qitənin demək olar ki, hər ölkəsinə vizasız getmək şansı var.


Azərbaycan vətəndaşlarının vizasız gedə biləcək ölkələrin siyahısını təqdim edirik:

1. Belarus – vizadan azaddır/ 90 gün

2. Gürcüstan – vizadan azaddır/ 360 gün

3. Qazaxıstan – vizadan azaddır/ 90 gün

4. Qırğızıstan – vizadan azaddır

5. Moldova – vizadan azaddır / 90 gün

6. Özbəkistan – vizadan azaddır /90 gün

7. Rusiya Federasiyası – vizadan azaddır /90 gün

8. Tacikistan – vizadan azaddır /90 gün

9. Ukrayna – vizadan azaddır /90 gün

10. Baham Adaları Birliyi – vizadan azaddır/ 90 gün

11. Banqladeş – aeroportda viza / 30 gün

12. Barbados – vizadan azaddır/28 gün

13. Boliviya – aeroportda viza/e-viza/90 gün

14. Bosniya və Hersoqovina – vizadan azaddır/ 90 gün

15. Kamboca – aeroportda viza /e-viza/30 gün

16. Kabo Verde – aeroportda viza

17. Kolumbiya – vizadan azaddır/ 90 gün

18. Komor Adaları İttifaqı – aeroportda viza/ 45 gün

19. Kot-d’İvuar – əvvəlcədən qeydiyyatla

20. Kuba – turist kartı ilə/30 gün

21. Cibuti – e-viza

22. Dominik – vizadan azaddır/ 21 gün

23. Ekvador – vizadan azaddır/ 90 gün

24. Efiopiya – e-viza

25. Qabon – e-viza

26. Qvineya-Bisau – aeroportda viza/e-viza/90 gün

27. Haiti – vizadan azaddır/ 90 gün

28. Hindistan – e-viza

29. İndoneziya – vizadan azaddır/ 30 gün

30. İran – vizadan azaddır/ 14 gün

31. Yamayka – aeroportda viza

32. İordaniya – aeroportda viza

33. Laos – aeroportda viza/ 30 gün

34. Livan – aeroportda viza/ 30 gün

35. Lesoto – e-viza/ 14 gün

36. Macao – aeroportda viza/ 30 gün

37. Makedoniya – vizadan azaddır/ 90 gün

38. Malayziya – vizadan azaddır/ 30 gün

39. Maldivlər – aeroportda viza/ 30 gün

40. Marşal adaları – aeroportda viza/ 60 gün

41. Mavritaniya – aeroportda viza

42. Mavriki – aeroportda viza/ 60 gün

43. Mikroneziya – vizadan azaddır/ 30 gün

44. Çernoqoriya – vizadan azaddır/ 90 gün

45. Mozambik – aeroportda viza/ 30 gün

46. Namibiya – vizadan azaddır/ 90 gün

47. Nepal – aeroportda viza/ 90 gün

48. Nikaraqua – aeroportda viza/ 30 gün

49. Oman – e-viza

50. Palau – aeroportda viza/ 30 gün

51. Fələstin – vizadan azaddır

52. Qətər – vizadan azaddır/ 30 gün

53. Ruanda – aeroportda viza/e-viza/30 gün

54. Samoa – aeroportda viza/ 60 gün

55. Serbiya – vizadan azaddır/ 360 gün

56. Seyşel adaları – turist qeydiyyatı /30 gün

57. Somali – aeroportda viza/ 30 gün

58. Şri Lanka – elektron turist qeydiyyatı/30 gün

59. Sent Vinsent və Qrenadin – vizadan azaddır/ 30 gün

60. Şərqi Timor – aeroportda viza/ 30 gün

61. Toqo – aeroportda viza/ 7 gün

63. Türkiyə – vizadan azaddır/ 30 gün

64. Tuvalu – aeroportda viza/ 30 gün

65. Uqanda – aeroportda viza/ e-viza

66. Vanuatu – vizadan azaddır/ 90 gün

67. Vyetnam – e-viza

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin