Kərə yağını əridək, ya əritməyək? – Baş kulinar AÇIQLADI

Hazırda oxunan: Kərə yağını əridək, ya əritməyək? – Baş kulinar AÇIQLADI

34197

Azərbaycan mətbəxində əvvəllər daha çox əridilmiş kərə yağından istifadə olunurdu. Ana-nənələrimiz yağı dağ edərək, saxlayır, ondan müxtəlif xörəklərin hazırlanmasında istifadə edirdilər. 

İndi isə bu yanlış örnək adlandırıır. Ərdilmiş kərə yağının orqanizmə zərərli olduğu iddia olunur. 

Sosial şəbəkələrdə yaradılmış mətbəx qruplarında da yağın hansı formada istifadə edilməsi ilə bağlı müzakirələrə rast gəlinir. Gənc xanımların daha çox yağın əridilməmiş formasına üstünlük verdiyi, orta və yaşlı nəslin isə əvvəlki qaydalara sadiq qaldığı sezilir. 

Bəs, hansı daha doğrudur?

Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti, Tahir Əmiraslanov Bizim.Media-ya açıqlamasında əridilmiş yağın ziyanlı olması haqda iddiaların doğru olmadığını deyib: 

“Bunu onunla əsaslandırırlar ki, yağ yüksək temperaturda qaynadılanda oksidləşir. Amma onu aşağı temperaturda da dağ etmək olar. Digər tərəfdən isə oksidləşmiş məhsullardan istifadənin həddi var. Hədd keçilmədiyi halda orqanizm onun zərərli hissəni bədəndən təmizləyir. Yağı əridilməmiş də, əridilmiş formada da işlətmək olar, əsas odur ki, kərə yağı olsun. Min illərdir ki, kərə yağı belə işlənib, geydirmə məhsullar ortaya çıxana qədər əhalimiz sağlam əhali idi”.

Tahir Əmiraslanov ümumiyyətlə kərə yağından istifadənin orqanizmə zərərli olmadığını deyib: 

“Amma 72-80 faizlik kərə yağı olmur. Suyun içinə nəsə atanda o ya çay, ya komport olacaq, artıq su olmayacaq. 100 faizlik kərə yağından heç kim qorxmasın. Dədə-babadan biz kərə və quyruq yağından istifadə etmişik. Bununla belə yağı “tonla” alıb saxlamağa ehtiyac yoxdur. Yaxınlıqdakı marketlərdən və ya kəndlərdən birindən alıb, təzə-təzə yemək lazımdır. Ərzaqların hər birinin saxlanma qaydası və müddəti var”.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin