Məcburi köçkünlərin aldıqları evlərin aqibəti ilə bağlı - AÇIQLAMA

Hazırda oxunan: Məcburi köçkünlərin aldıqları evlərin aqibəti ilə bağlı - AÇIQLAMA

3419

Böyük qayıdış planından sonra yurd-yuvalarında didərgin düşmüş məcburi köçkün statuslu vətəndaşlarımız öz torpaqlarına qayıdacaqlar. Bu təbəqədən olan soydaşlarımız uzun illər ərzində dövlətin onlar üçün tətbiq etdiyi  bir sıra imtiyaz və hüquqlardan yararlanıblar. 

Bu güzəştlər sırasında  sosial mənzillərə sahib olmaq da var. Torpaqlarımızın azad edilməsi səbəbi ilə bu imtiyazda hər hansı dəyişikliyin olacağı gözlənilirmi? 

Mənzil İnşaatı Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, qaydalara görə bu günə kimi güzəştli mənzillə sahib olan məcburi köçkün və ya ona bərabər tutulan şəxslərin mülkiyyətlərindən istifadə edilməsinə dair heç bir məhdudlaşma ola bilməz, çünki: “Vətəndaşların güzəştlə mənzil əldə etməsi  prosesi prezident İlham Əliyevin fərmanı ilə  təsdiq olunub''.

''Azərbaycan Respublikasının qanununa uyğun olaraq mənzillərin alqı-satqısı haqqında müqavilələr notariat qaydasında təsdiq edilir. Mənzil dövlət qeydiyyatından keçdiyi andan güzəştli mənzil  sistemi üzrə elektron kabinetə malik olan şəxsin (alıcının) xüsusi mülkiyyəti hesab edilir”.

Eyni zamanda məlumatda o da qeyd olunub ki, qanunvericilikdə göstərilən əsaslar və qaydalar istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarılmayacaq. 

Həmçinin heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.

Güzəşli mənzillərdən söz düşmüşkən, agentlikdən əlavə edilib ki, güzəştli mənzilləri əldə etmək hüququ olan şəxslərin kateqoriyalarına əlavə və dəyişikliklər yalnız müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi akt əsasında qəbul edilə bilər.

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin