Aslan İsmayılovdan Əli Həsənova CAVAB: “Öz etdiklərinin əvəzini almayınca…”

Hazırda oxunan: Aslan İsmayılovdan Əli Həsənova CAVAB: “Öz etdiklərinin əvəzini almayınca…”

34175

Əli Həsənovun erotik videolarla şantaj edilməsi ilə bağlı yazdığı status son günlərdə ölkə gündəmini zəbt edib. 

Bizim.Media xəbər verir ki, hüquqşunas Aslan İsmayılov da öz “Facebook” hesabından yazdığı statusla sözügedən məsələ ilə bağlı fikirlərini bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun işğal etdiyi “Azərbaycan Nəşriyyatı''ndakı son durum - Fotosessiya


Belə ki, hüquqşunas Əli Həsənovun özünün vaxtilə çoxlarını alçaltdığını qeyd edib:

“İlk dəfə insanların intim səhnələri yayılanda müsahibə vermişdim ki, bunu təşkil edənlər özləri bu murdarlığın qurbanı olacaqlar. Sonra Lider TV-nin “Kuklalar” verilişində müxalifət təmsilçiləri əxlaqsız formada aşağılananda da bu fikirləri təkrarlamaqdan başqa, o vaxtlar Prezident Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri işləyən Əli Həsənova bir partiya liderinin yanından da zəng edib etirazımı bildirmişdim. Sonralar Prezidentin göstərişi ilə həmin veriliş dayandırıldı. Ə.Həsənov isə əməllərini davam etdirdi”.

Buna baxmayaraq Aslan İsmayılov qeyd olunan əməli törədənlərin cəzalandırılmasını istəyib: 

“Bu gün Ə.Həsənov özü intim xarakterli videolarla şantaj edildiyini bəyan edib. Əlbəttə, birinci növbədə bu əxlaqsızlığı edənlərin cəzalandırılmasını tələb edirəm. Bununla belə, bir daha hamıya bildirirəm ki, etdiklərinin əvəzini almayınca heç kim bu dünyadan köçməyəcək. Ona görə də hansısa murdarlıq edəndə fikirləşin ki, öz qarşınıza çıxacaq”.

Qeyd edək ki, avqustun 24-də Əli Həsənov öz Tvitter hesabından paylaşdığı statusda tualetdə gizli şəkildə çəkilmiş və erotik videolarla bəzədilmiş görüntülərlə şantaj olunduğunu bildirmişdi.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin