Ağdam sakini Bakıda qətlə yetirildi

Hazırda oxunan: Ağdam sakini Bakıda qətlə yetirildi

34166

Avqustun 22-də Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə Puta qəsəbəsi ərazisində üzərində bıçaq xəsarətləri olan kişi meyitinin tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə onun Ağdam rayon sakini, 27 yaşlı Əhəd Nuriyev olması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Nuriyevi avqustun 18-də bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Ağcabədi rayon sakini M.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin