Bu gün səhər saat 6 radələrində Quba-Xaçmaz yolunun 10-cu km-də Qubanın Alekseyevka kəndi ərazisində baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.
Bizim.Media-nın bölgə müxbirinin əldə etdiyi məlumata görə, Nəriman Bahadur oğlu Süleymanovun idarə etdiyi "Mersedes" markalı avtomaşın Qubadan Xaçmaza gedərkən yağışlı hava şəraitində qarşısına qəfildən it çıxıb.
O, idarəetməni itirərək ağaca çırpılıb və nəticədə sürücü və 4 sərnişin hadisə yerindəcə ölüb. Ərazidə heyvanın da meyiti tapılıb.
MÖVZU İLƏ BAĞLI:
Qubada yol qəzasında 5 nəfər ölüb - ÖZƏL - FOTO
Qəzanın başvermə səbəbləri araşdırılır. Ölən sərnişinlərin şəxsiyyəti dəqiqləşdirilir.
Aytəkin Alxaslı, Bizim.Media