Koronavirus əleyhinə vaksin olunmayanların sürücülük vəsiqəsi ilə bağlı təşkil edilən imtahana buraxılmayacağı bildirilir. Günlərdir sosial şəbəkələrdə müzakirələrə səbəb olan bu məsələ insanlar arasında narahatlıq yaradıb. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən sözügedən məsələ ilə bağlı yekdil qərar isə hələki yoxdur.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev bu barədə onlara hər hansı məlumat daxil olmadığını deyib:
“Bununla bağlı Nazirlər Kabinetinin hər hansı göstərişi yoxdur. Gələcəkdə nə olacaq, onu biz deyə bilmərik. Əlbəttə ki, hər şey Operativ Qərargahın verəcəyi qərardan asılıdır. Rəsmi qərar olmalıdır ki, onu tətbiq edək”.
MÖVZU İLƏ BAĞLI:
Tesla-dan daha bir elektromobil modeli
Namidan Piriyev hazırda sürücülük vəsiqəsi ilə bağlı keçirilən imtahanlarda karantin davranışlarına əməl olunduğunu və sosial məsafənin qorunduğunu da dilə gətirib.
Alçina Amilqızı, Bizim.Media