Bakı-Quba yolunun tikintisindən yeni XƏBƏR - FOTO

Hazırda oxunan: Bakı-Quba yolunun tikintisindən yeni XƏBƏR - FOTO

34149

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir.

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, layihədə tikinti işləri 5 hissə üzrə aparılır.

1-ci lot yeni yolun 0-29.9, 2-ci lot 29.9-53.5, 3-cü lot 53.5-73.5, 4-cü lot 73.5-92-ci və 5-ci hissə isə 134.700-192.618 km-lik hissələrini əhatə edir.

Avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri tamamlanıb və layihə üzrə 2 yol qovşağı, 1 yol ötürücüsü, 1 kanal körpüsü, 4 düzbucaqlı yeraltı avtomobil keçidi, 33 müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi, müxtəlif köçürülmə işləri yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min p/m beton baryerlərin tikintisi icra olunub.

Hazırda işlər digər lotlar üzrə davam etdirilir.
 

Belə ki, 2-ci lot boyu yararsız material qazılıb çıxarılıb, geri dolğu işləri aparılıb, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri görülüb. Yeni magistral yolun sözügedən hissəsində artıq nəzərdə tutulan körpülərin suötürücü boruların və tunellərin tikintisi üzrə 100 % işlər yekunlaşdırılıb.


Qeyd edək ki, yeni inşa edilən 150 km-lik yol boyu ümumilikdə 39 qovşaq və yol ötürücü körpünün, 15 hidravlik və kanal körpüsünün, 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 514 müxtəlif diametrlərdə dairəvi beton suötürücünün və ehtiyat boruların, 43 düzbucaqlı suötürücü boruların, 20 avtomobil və mal-qara keçidinin tikintisi, həmçinin müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin