İsgəndər Cavadovun oğlu vəfat edib

Hazırda oxunan: İsgəndər Cavadovun oğlu vəfat edib

34076
Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovun oğlu Sübhan Cavadov dünyasını dəyişib.

Apasport.az saytının əldə etdiyi xəbərə görə, Lənkəranda ezamiyyətdə olan S. Cavadov bu səhər yuxudan oyanmayıb.

 

Onun ürək tutmasından dünyasını dəyişdiyi güman edilir.

 

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu xəbəri təsdiqləyib: “Çox təəssüf ki, Sübhan Cavadov dünyasını dəyişib. Hazırda mən və mərhumun valideynləri Lənkərana gedirik”.

 

Qeyd edək ki, 25 yaşlı Sübhan Cavadov AFFA-nın Marketinq Departamentində mütəxəssis vəzifəsində çalışırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin