Peyvənddən ağırlaşanlara 2 MİN DOLLAR verilə bilər

Hazırda oxunan: Peyvənddən ağırlaşanlara 2 MİN DOLLAR verilə bilər

34051

COVID əleyhinə tətbiq edilən peyvənddən sonra ağırlaşma və ya ölümə görə kompensasiya verilməsi məsələsi gündəmə gəlib. Azərbaycanda hələki belə bir kompensasiyanın verilməsi və zərərə görə məbləğin müəyyənləşdirilməsi ilə bağlı təcrübə yoxdur. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirovun yerli mətbuata açıqlamasına görə hazırkı tarixə qədər səhiyyə qurumlarına COVID-19-a qarşı peyvənddən sonra əks göstərişlə bağlı müraciət olunmayıb və bu istiqamətdə kompensasiyanın verilmə halı qeydə alınmayıb. 

Xarici ölkələrdə də sözügedən kompensasiya ilə bağlı geniş təcrübə müşahidə edilmir. Sadəcə ABŞ və Sinqapurda peyvənddən zərər görən şəxslərə təzminat ödənilir. ABŞ-da peyvənddən sonra ağırlaşan şəxsə 100 dollar məbləğində kompensasiya ödənilir.

“The Straits Times”ın verdiyi məlumata görə, ən böyük kompensasiyanı peyvənddən sonra ciddi yan təsirlərlə üzləşən iki xəstə alıb. Onların hər birinə 165 min ABŞ dolları ödənilib.

Bundan əlavə bu günlərdə Sinqapur hökuməti 144 yerli sakinə COVID-19-a qarşı olan peyvənddən sonra yaranan fəsadlara görə 782 min Sinqapur dolları (576 min ABŞ dolları) təzminat ödəyib.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirus sonsuzluğa səbəb olur? – Alimlərdən YENİ İDDİA 


Ekspertlərin bildirdiyinə görə bu cür ödənişlərin minimum məbləği 2 min dollar təşkil edir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev deyir ki, peyvənd dövlət tədbiri olduğu üçün kompensasiyanın tətbiqinə də hər ölkə özü qərar verməlidir:

“Sözügedən dövlət tədbirindən kimsə zərər çəkirsə, əlbəttə ki, ona kompensasiyanın verilməsi gözlənilən və arzuolunan haldır. Dövlət özü belə bir qərar qəbul etməlidir. Amma əgər hökumət belə bir qərar qəbul etməyibsə, şəxs vaksindən zərər çəkibsə, o məhkəmə qaydasında da dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Yəni o, səhhətinə dəymiş zərərin bərpa olunmasına çəkilən xərci tələb edə bilər. Peyvənddən sonra isə vəfat edibsə, yaxınlarına onun dəfn xərci və mənəvi zərərin qarşılığının məbləği ödənməlidir. Bu məbləği demək çətindir. Çünki təcrübədə belə hal yoxdur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin