Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Sabiq icra başçısı ifadələr üzrə özünü təqsirli bilməyib. Hakim digər şahid ifadələrinin növbəti prosesdə dinlənilməsini məqsədəuyğun sayıb.
Növbəti proses avqustun 27-ə təyin olunub.
Xatırladaq ki, İsmayıl Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin fevralında həbs edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:05 / 24.08.2021
Həbs edilən icra başçısının məhkəməsi keçirildi
Hazırda oxunan: Həbs edilən icra başçısının məhkəməsi keçirildi
Hazırda oxunan: Həbs edilən icra başçısının məhkəməsi keçirildi
33976
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.