İran vətəndaşlarımızın müayinə və müalicəsini bahalaşdırdı

Hazırda oxunan: İran vətəndaşlarımızın müayinə və müalicəsini bahalaşdırdı

33937

Son vaxtlar müayinə və müalicə məqsədi ilə Azərbaycandan İrana gedən vətəndaşların müayinə və müalicəsini bahalaşdırıb. Bu barədə Moderator.az saytına mötəbər mənbə məlumat verib. Mənbənin bildirdiyinə görə, buna səbəb Azərbaycandan olan pasient axınının çoxalmasıdır: “Azərbaycandan müayinə və müalicə məqsədi ilə İrana səfər edən insanların sayının kəskin artması iranlıların ciddi narazılığına səbəb olmaqdadır. Belə ki, İran xəstəxanalarında Azərbaycandan gələn pasientlərin sayının artdığını və bu səbəbdən də iranlı həkimlərin İran vətəndaşlarına az diqqət göstərməsinə etiraz edən iranlılar, Azərbaycandan xəstə qəbulunun dayandırılmasını tələb edir. Məhz bu səbəbdən də İranın Səhiyyə Nazirliyi Azərbaycandan gələn pasientlərin müayinə və müalicə xərclərinin artırılmasına qərar verib. Artıq İran xəstəxanalarında iranlılarla Azərbaycan vətəndaşlarının müayinə və müalicə xərcləri arasında ciddi fərqlər müşahidə edilməkdədir. İranlı yetkililər hesab edir ki, müayinə və müalicə qiymətlərinin yüksəldilməsi azərbaycanlı pasientlərin sayına təsir göstərəcək, “gəlmələrin” sayını azaldacaqdır”.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin