"Əmrahbank" Cəmil Həsənlinin bank hesabına pul qəbul etmir

Hazırda oxunan: "Əmrahbank" Cəmil Həsənlinin bank hesabına pul qəbul etmir

33904

 Bu gün müxalifətin prezidentliyə namizədi Cəmil Həsənlinin bank hesabına ianə keçirmək istəyən şəxslərin pulu əllərində qalıb. "Əmrahbank"in Qara Qarayev filiali həmin hesaba pul keçirməkdən imtina edib. Bu barədə musavat.com-a vəkil Nemət Kərimli məlumat verib. 

Vəkilin sözlərinə görə, sözü gedən filialda analoji durumun yaranmasına səbəb filialın müdirinin müvafiq göstərişidir. Məlum olub ki, bank müdiri prezidentliyə namizəd Cəmil Həsənlinin bank hesabına vəsait keçirmək istəyənlərdən pul qəbul edilməməsi barədə göstəriş verib.

Vəkil bunu hüquq pozuntusu kimi qiymətləndirir.

Moderator.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin