Xoşqədəm Hidayətqızının verilişi bu kanalda yayımlanacaq - İDDİA

Hazırda oxunan: Xoşqədəm Hidayətqızının verilişi bu kanalda yayımlanacaq - İDDİA

33899

Xəbər verdiyimiz kimi, aparıcı Xoşqədəm Hidayətqızı uzun illərdir çalışdığı "Xəzər" televiziyası ilə yollarını ayırıb. Bu faktı Xəzər Media Mərkəzi təsdiq edib.

Bizim.Media-ın əldə etdiyi məlumata əsasən, onun proqramı növbəti mövsümdən "Xəzər TV"də yayımlanmayacaq:

"Hazırda yeni mövsüm üçün tamaşaçıların zövqünü oxşayacaq, bir-birindən maraqlı layihələrin hazırlıq işləri davam edir. Lakin bundan sonra "Xəzər" TV-də "Səni axtarıram” verilişinin yayımı planlaşdırılmır. "Səni axtarıram" layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Baxşəliyeva kanaldan öz istəyi ilə ayrılıb. "Xəzər" TV-nin rəhbərliyi ona bundan sonra da uğurlar arzu etdiyini bildirir".

Qeyd edək ki, bir neçə gün öncə aparıcının yeni mövsümdən ARB-də efirə çıxacağı haqqında mətbuatda iddia irəli sürülmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin