İntihar etdiyi deyilən 20 yaşlı gəlinin ölümü niyə ÖRT-BASDIR edilir? – DƏHŞƏTLİ FOTO

Hazırda oxunan: İntihar etdiyi deyilən 20 yaşlı gəlinin ölümü niyə ÖRT-BASDIR edilir? – DƏHŞƏTLİ FOTO

33844

Sabirabad rayonunda intihar etdiyi deyilən 20 yaşlı Səmayə Zeynalovanın müəmmalı ölümü ilə bağlı məsələ hələ də gündəmdədir. Səmayə Zeynalovanın ailəsinin hüquqi nümayəndəsi Samir Zeynalov Sabirabad rayon prokurorluğunun işi ört-basdır etməsindən şikayətçidir. 

Bu iddia ilə Bizim.Media-ya ictimai vəkil Samir Zeynalov çıxış edib. Bildirdiyinə görə Səmayə Zeynalovanın işi üzrə istintaq hərəkətlərinə iyulun 19-da ağlasığmaz səbəblə xitam verilib.
 

MÖVZU İLƏ BAĞLI:

İntihar edən gəlinin ekspertiza rəyi niyə GECİKDİRİLİR? – Ailəsindən ŞİKAYƏT 


Sabirabad rayon prokurorluğunun 12 avqust 2021-ci il tarixli məktubuna istinad edən vəkil ölüm hadisəsinin əslində intiharla əlaqədar olmadığına dair əsaslı nəticə olduğunu qeyd edib:

"Sabirabad rayon prokurorluğunun məktubunda qeyd olunub ki, guya Səmayə Zeynalova əri Eldar Zeynalovun onu yaşadığı evdə qoyub Rusiya Federasiyasına getmək istəməsinə görə keçirdiyi psixi gərginlik səbəbindən intihar edib. Onun intihar etməsi maddi, xidməti və sair cəhətdən asılı olduğu hər hansı şəxsin onunla amansız rəftar etməsi, şəxsi ləyaqətini mütəmadi olaraq alçatması, yaxud da ona hədə qorxu gəlmə yolu ilə özünü öldürməyə vadar etməsi ilə bağlı olmayıb. Əvvəla, mərhumə ölümündən təqribən 30 dəqiqə öncə bacısı ilə "whatsupp" vasitəsilə əlaqə yaradıb. Onun mənəvi-psixoloji durumu ilə bağlı şübhə və narahatçılıq yaradan hal müşahidə edilməyib. Qeyd olunan səbəbə dair onu demək mümkündür ki, Səmayə Zeynalova və həyat yoldaşı Eldar Zeynalov arasında hadisədən təqribən 1 həftə öncə mübahisə olub və nəticədə tərəflər razılığa gəlib. Eldar Zeynalovun Səmayəyə onu da qısa müddət ərzində Rusiyaya aparacağına dair söz verməsindən sonra Səmayə sakitləşib.

Hadisədən 2 gün öncə isə mərhumə bu barədə anası Dilarə Quliyevaya və digər ailə üzvlərinə sevincək şəkildə məlumat verib. Onu da əlavə edim ki, Səmayə hansısa xəstəlikdən əziyyət çəkmirdi. Onun əqli və fiziki qüsurları olmayıb".


İctimai vəkil Məhkəmə psixiatrik ekspertizasının 31 may 2021-ci il tarixli rəyini də xatırladıb. O, deyib ki, rəy ölümün intiharla əlaqəsini birmənalı olaraq inkar edir: 

“Göründüyü kimi, prokurorluğun  gəldiyi qənaət, göstərdiyi səbəb tamamilə absurd, qərəzli, bir-birini tamamlamayan və səthidir. Mərhumənin ölümündən sonra çəkilmiş foto şəkilindən açıq-aydın görmək olar ki, onun boyun-boğaz nahiyəsində sintetik ip vasitəsilə boğulma nəticəsində əmələ gələn "stranqulasiya şırımı" dairəvidir. Yəni sintetik ip vasitəsilə asılmanı özündə əks etdirən aşağıdan yuxarıya doğru istiqamətlənmə əmələ gəlməyib. Asılmış vəziyyətdə onun çəkilmiş fotoşəkli belə yoxdur. 

Qeyd edək ki, cinayət işi üzrə icraata xitam verilmiş 19 iyul 2021-ci il tarixli qərardan Baş Prokurorluğa və Vəkillər Kollegiyasına şikayət edilib.
 

Xatırladaq ki, aprelin 24-də Sabirabad rayonu, Cavad kənd sakini 20 yaşlı Zeynalova Səmayə Xalid qızının yaşadığı evin həyətində yerləşən nar ağacının budağından özünü sintetik iplə asaraq intihar etməsi barədə məlumat yayılıb.


Fakt üzrə Sabirabad rayon prokurorluğunda Azərbaycan Respublikasının CM-in 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. 

Alçina Amilqızı, Bizim.Media 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin