“Cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə koronavirus pandemiyası dövründə ölkə vətəndaşlarının sağlamlığının qorunması, müayinə və müalicənin təşkili istiqamətində görülən əsaslı işlər çərçivəsində əhalinin vaksiləşməsi daha da intensinvəşib. Sevindirici haldır ki, Milli Məclisdə təmsil etdiyim Abşeron-Qobustan rayonları üzrə qeydiyyatda olan 18 yaşdan yuxarı əhalinin ümumilikdə 82.6%-i artıq Covid-19 virusuna qarşı peyvənd olunub”.
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində Azərbaycan Milli Məclisinin üzvü Şahin Seyidzadə yazıb.
MÖVZU İLƏ BAĞLI:
Sentyabrın 1-dən yeni məhdudiyyətlər tətbiq olunacaq - Şahmar Mövsümov
Onun sözlərinə görə, Azərbaycanın hər bir şəhər və rayonunda olduğu kimi, Abşeron və Qobustan rayonlarında da təbliğat işləri aparılıb, gorülmüş işlərin nəticəsi olaraq xüsusi ilə Abşeron rayonunda əhalinin 89.1%-i peyvənd olunub:
“Hər kəsi vaksinasiya prosesində fəal iştirak etməyə, peyvənd olunmağa dəvət edirəm. Ailəmizin, dostlarımızın və doğmalarımızın sağlamlığının qorunması ilk növbədə hər birimizdən asılıdır”.
Şahin Seyidzadə vaksinasiya prosesində əməyi olan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Abşeron və Qobustan rayonlarının Icra Hakimiyyətlərinə, rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə, bütün tibb işçilərinə öz təşəkkürünü bildirib.
Bizim.Media