“Biz qarşıda gələn prezident seçkilərində şəffaf seçki qutularından
istifadə edəcəyik. Bəzi dövlətlər öz şəxsi praktik metodlarına uyğun olaraq şəffaf seçki qutularından istifadə etmirlər. Onların
bu praktikası hər hansısa beynəlxalq təşkilatın tələbi yox, öz təşəbbüsü
əsnasındadır”.
Bu sözləri Moderator.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat
katibi Azər Sarıyev deyib. Xatırladaq ki, Rusiya və bir sıra Avropa ölkələrində
seçki qutuları “Pay-Point” aparatlarına
bənzər qurğularla əvəz olunub.






























































































