Aslan İsmayılovdan narkotik satıcıları ilə bağlı MÜRACİƏT

Hazırda oxunan: Aslan İsmayılovdan narkotik satıcıları ilə bağlı MÜRACİƏT

33829

Hüquqşünas Aslan İsmayılov ictimaiyyətə müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Son bir neçə günü aldığım məlumatlara görə narkotik satıcıları yenidən fəaliyyətlərini bərpa ediblər.

Heç kim dediklərimi qəribliyə salmasın. Əfqanıstan hadisələri ilə bağlı yazılarıma olan şərhlərin intensivliyi, aqressivliyi, sayı, məzmunu məni dəhşətə gətirdi və onu göstərdi ki, biz sürətlə İrana, Əfqanıstana doğru gedirik. Bu yolda da başlanğıc narkotiklərin geniş yayılmasıdır. Buna şübhə edənlər yazılarıma olan şərhlərlə tanış olsunlar. Çox heyfsilənirəm ki, bu günə qədər həmin şərh yazanların əksəriyyətini blokladım, çünki şərhlərdə əxlaqsız ifadələrə yol verilirdi.
 

Ona görə də hamınızdan xahiş edirəm ki, cəmiyyətdə gedən proseslərlə tanış olub fikirlərinizi bildirəsiniz.


Başa düşürəm ki, Qarabağ məsələsi bu gün çox vacib və təxirəsalınmaz tədbirlər tələb edir.
 

MÖVZU İLƏ BAĞLI:

İrəvandan böhran etirafı – Paşinyanın çıxış yolları tükənir


Ancaq burada qaldırdığım məsələ ondan da vacibdir. Bizi gözləyən faciə uzaqda deyil. Hadisələr bu cür davam edərsə nəticəni uzağı 3-5 ilə görəcəyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin