Milli Məclisin komitələri toplaşır

Hazırda oxunan: Milli Məclisin komitələri toplaşır

33820

Moderator.az xəbər verir ki, dünəndən etibarən Milli Məclisin komitələri işinə başlayıb. İlk iclas Regional Məsələlər Komitəsində oldu. Komitənin sədri Arif Rəhimzadə qeyd edib ki, yaz və növbədənkənar sessiyada komitənin 6 iclası keçirilib və bu iclaslarda 14 məsələ müzakirə olunub ki, bunun da 11-i qanun layihələri olub: “Bu dövrdə komitəyə 200 ərizə, şikayət və müraciət daxil olub. Bunlardan 99-u araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib”.

İclasda payız sessiyasının iş planı da təsdiq olunub. Komitə payız sessiyasının gündəliyinə 4 qanunda dəyişikliklər layihəsinin müzakirəsini daxil edib. Bunlar bələdiyyələrin inzibati ərazi bölgüsü və eyni zamanda, hələ adı məlum olmayan, lakin bələdiyyələr ilə bağlı gözlənilən qanun layihələrinə dəyişikliklərdir.

Pərviz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin