Suqovuşanda minaya düşərək şəhid olan polkovnik Babək Səmidlinin əsgərlərin önündə döyüş qabağı çıxış videosu yayılıb.
Bizim.Media-nın xəbərinə görə videoda polkovnik əsgərləri döyüşə ruhlandıran nitq söyləyir.
Babək Səmidli deyir ki, Azərbaycan əsgəri ya qalib, ya şəhid, ya qazi olmalıdır:
"Bizim əsgərlər bir daha səngərdən üzü yuxarı baxmamalıdır, dağların üstündə, ucalarda oturmalıdır. Bir canımız var, Allah nə yazıbsa, o da olacaq''.
''Mən imkan vermərəm ki, o şəhidlərin ruhu qarşısında, qazilərin qanı qarşısında qorxaq, döyüşdən imtina edənlər rahat yaşasın".
Bizim.Media