Goranboy rayonun Goran qəsəbəsində meyiti tapılan şəxsin kimliyi və onun qətlinin təfərrüatları müəyyənləşib.
Belə ki, 11 yaşlı Fərid Təhməzovu öldürməkdə anası və onunla birgə yaşayan şəxs şübhəli bilinir.
Bizim.Media-nın məlumatına görə, Goranboy rayon Goran qəsəbəsində qamışlıq ərazidə meyti tapılan 11 yaşlı F.Təhməzovun ölümündə onun anası Gülayət Təhməzova və onun qeyri-rəsmi nikahda yaşadığı Anar Məmmədov şübhəli bilinir.
MÖVZU İLƏ BAĞLI:
Qohumlarını öldürdükdən sonra, arvadını güllələmək üçün getdi - Lənkərada QANDONDURAN HADİSƏ
Onlar F.Təhməzovu döyərək öldürərək, yeniyetmənin meyitini Goran ərazisindəki qamışlığa atıblar.
Qeyd edək ki, qadın polisə oğlunun Gəncəyə getdiyini və o gündən itkin düşdüyünü bildirib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media