Sosial şəbəkələrdə Hacıqabul rayon sakini olan qadının kürəkəni tərəfindən döyülməsi və bu məsələnin araşdırmaması ilə bağlı iddialar paylaşılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya bildirilib ki, rayon polis şöbəsi tərəfindən şikayətə baxılmaması ilə bağlı iddialar həqiqəti əks etdirmir.
Belə ki, avqustun 20-də Hacıqabul rayon sakini Süriyya Xudayarovanın sifət nahiyəsindən aldığı xəsarətlərlə əlaqədar Hacıqabul RMX-na müraciət etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Eləcə də zərərçəkən qadın və qızları Rayon Polis Şöbəsinə müraciət edərək, həmin hadisə barədə məlumat veriblər.
MÖVZU İLƏ BAĞLI:
Döyülən qadının əri saxlanıldı - FOTO
Daxil olmuş məlumat və müraciətlərlə əlaqədar dərhal Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, zərərçəkənin və yaxınlarının izahatları alınıb.
Aparılan araşdırmalar nəticəsində S.Xudayarovaya kürəkəni M.Nəzərov tərəfindən xəsarət yetirildiyi müəyyən edilib.
Hazırda faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.
Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Bizim.Media