Sükan arxasında siqaret çəkənlər cərimələnəcək

Hazırda oxunan: Sükan arxasında siqaret çəkənlər cərimələnəcək

33735

Moderator.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bundan sonra bu ölkədə avtomobilin sükanı arxasında olan şəxsin siqaret çəkməsi qadağandır. Sükan arxasında siqaret çəkən sürücü birinci dəfə 44 dollar cərimələnəcək, ikinci dəfə ikiqat çox, yəni 88 dollar, üçüncü dəfə üçqat ”“ 132 dollar cərimələnəcək. Siqaret çəkilməsinin qadağan olunduğu qapalı məkanlar ”“ restoran, bar və kafelərin sahiblərinin bu məkanlarda siqaret çəkilməsinə icazə verdiyi aşkarlanarsa, 650 dollar cərimə tətbiq olunacaq. Bu cərimənin miqdarı ikinci və üçüncü dəfə müvafiq olaraq iki və üç dəfə artacaq. Dördüncü dəfə isə məkanlar 10 gündən bir aya qədər müddətdə bağlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin