Politoloq Əli Hacızadə Telegram sosial şəbəkəsində ermənilərin hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə Facebook səhifəsində məlumat verib.
Politoloq bir erməni tərəfindən onun adına saxta Telegram səhifəsi açıldığını bildirərək, izləyicilərini diqqətli olmağa çağırıb.
MÖVZU İLƏ BAĞLI:
Qərbin Qarabağla bağlı məkrli planı var - Əli Hacızadədən XƏBƏRDARLIQ
“Bir erməni mənim adımdan Telegram kanalı açaraq insanlara insanlarla yazışır. Qeyd edim ki, mən telegramda aktiv istifadəçi deyiləm və heç kimlə burada əlaqə yaratmıram. Buna sadəcə vaxtım yoxdur. Ona görə kimsə mənim adımdan bir erməni tərəfindən istifadə olunan bu kanaldan hər hansı bir mesaj alsa dərhal onu qara siyahıya atıb, mənə xəbər verisin”.
Sonda politoloq onun adından saxta profil açan erməniyə də müraciət edib:
“Adımdan saxta profil açan insana isə demək istərdim ki, "Sürünmək üçün doğulmuş heç vaxt uça bilməz!".
Bizim.Media