Laktoferrin zülalı COVID-19 əleyhinə effektiv dərman ola bilər. Bunu Miçiqan Universitetinin mütəxəssisləri müəyyən ediblər.
Bizim.Media xəbər verir ki, gələcəkdə laktoferrinin SARS-CoV-2 xəstələrinin müalicəsində istifadə olunacağı planlaşdırılsa da onun məhz delta ştamına qarşı təsirli olub-olmayacağı sual altındadır.
MÖVZU İLƏ BAĞLI:
"Ölkədə 6 milyon ümumi doza vaksin vurulub” – TƏBİB-in nümayəndəsi
Əvvəlcə dünyanın əsas əczaçılıq şirkətlərinə nəzər yetirək:
Pfizer - ABŞ
Novartis - İsveçrə
Roche Holding - İsveçrə
Merk & Co - ABŞ
Sanofi - Fransa
GlaxoSmithKline - Böyük Britaniya
AstraZeneca - Britaniya və İsveç
Sinopharm Group – Çin
Siyahının ardında Yaponiya, İsrail və Almaniyanı görmək olar. Rusiyanı da unutmaq lazım deyil.
Məsələn, bu yaxınlarda İsveçrənin Roche Holding şirkəti pandemiya dövründə dərman və tibbi ləvazimatların satışından əldə etdiyi gəlirlərin 16 milyard dollar həcmində olduğunu açıqlamışdı. Eləcə də vaksin satışından bu tipli şirkətlərin xeyli gəlir əldə etdiyi üzə çıxıb.
Baxsanız, koronavirusa qarşı istifadə olunan peyvəndlərin bazarı da bu siyahıdan çox seçilmir. Bu şirkətlər də təxminən eyni ölkələrə məxsusdur:
Biontech/Pfizer - Amerikanın eyniadlı firmasının hazırladığı vaksindir və koronavirusa qarşı ilk icazə verilən peyvənddir (2020-ci il dekabr).
Moderna - bu da ABŞ istehsalıdır. 2021-ci il yanvarın 6-dan Avropada istifadə icazəsi alıb. Bu il 1 milyard doz hazırlanması planlaşdırılır.
Oxford AstraZeneca - Britaniya və İsveç istehsalıdır. İstehsalçılar 2021-ci il ərzində Hindistanda bu peyvəndin 3 milyard dozunu hazırlamağı düşünürlər.
Sputnik V - Rusiya istehsalı olan vaksinə görə 1 milyard 200 milyon sifariş daxil olub.
Sinopharm - Çinin bu peyvəndinə BƏƏ-də istifadə icazəsi verilib. Bu il ərzində 1 milyard doza buraxmağı planlaşdırırlar. Sinovac da Çinə məxsusdur.
Digər peyvənd növlərini də sayanda və vaksinlərin istehsal miqyasına baxanda aydın olur ki, dünyada yaşayan hər kəs peyvəndlənəcək.
Bununla yanaşı, əczaçılıq şirkətləri ölkələri də öz aralarında bölüşdürüblər. Hansısa dövlətin daha çox vaksin alması isə "dərman al-ver"inin bir növüdür. Yəni, bu ilin sonu, 2022-nin əvvəlində pandemiya vəziyyəti daha da pisləşən halda onlar vaksinləri 2-3 dəfə baha satıb xeyir qazanacaqlar.
Ekspertlərin fikrincə, farmbiznes hegemonlarının hazırladığı bütün ləvazimat satılacaq və bunun üçün ştamm müxtəlifliyi də kifayətdir.
Anar Rəhimov, Bizim.Media