"Vaksinlərdə yan təsirlərin olması effektivliyinin göstəricisidir".
Bizim.Media xəbər verir ki, bunu həkim-infeksionist Nigar Əliyeva deyib.
O bildirib ki, vaksin nə qədər effektlidirsə, yan təsirləri də o qədər çoxdur.
MÖVZU İLƏ BAĞLI:
Vaksindən sonra şokalad yemək olar? - AÇIQLAMA
"Lakin bunlar qalıcı əlamətlər deyil. Vaksindən sonra narahatlıqlar uzağı 4 gün çəkir. Demək olar ki, hamıda iynə nahiyəsində ağrı, qolu qaldıra bilməmək, hərarət müşahidə olunur. Bu normaldır. Vaksin vurulan yeri ovmaq qətiyyən olmaz. Həmçinin 3 gün su dəyməməlidir, spirtli içki məsləhət deyil, vaksindən sonra 1-2 gün istirahət lazımdır. Yorğunluq yan təsirləri artırır". (trend)
Bizim.Media