Koronavirus infeksiyasının kütləvi yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası ilə əlaqədar polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Metroda maska taxmayanlar CƏRİMƏLƏNDİ - FOTO
Yoxlamlar zamanı Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən virusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda – market, mağaza və digər obyektlərdə, eyni zamanda ictimai nəqliyyatda tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib.
Qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.
Bizim.Media