“Həftəsonu nəqliyyatın qapalı saxlanılmasının əsas məqsədi aktivliyin aşağı salınmasıdır”.
Bizim.Media xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
MÖVZU İLƏ BAĞLI:
"Ölkədə 6 milyon ümumi doza vaksin vurulub” – TƏBİB-in nümayəndəsi
Prezidentin köməkçisi qeyd edib ki, aktivlik artması statistikada görünür:
“Aktivlik artırsa, yoluxma sayı da kəskin artır. Bununla bağlı sentyabrın ortalarında epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul oluna bilər”.
Bizim.Media