Rusiya vətəndaşlığını ən çox almaq istyəyənlər Tacikistandan olan insanlardır.
Bizim.Media “trtrussian”a istinadən xəbər verir ki, Tacikistan Rusiya ilə ikili vətəndaşlıq razılaşması olan yeganə ölkədir.
MÖVZU İLƏ BAĞLI:
"Ölkədə 6 milyon ümumi doza vaksin vurulub” – TƏBİB-in nümayəndəsi
Bu isə vətəndaşlıq üçün müraciətləri asanlaşdırır.
2016-cı ildən başlayaraq 2021-ci ilin ilk yarımilliyinə qədər 204 min tacik Rusiya vətəndaşlığı alıb. Vətəndaşlıq üçün müraciət edənlərin çoxu əmək miqrantlarıdır. Rusiyada işləyib-yaşamağın ən asan yolu isə federasiyanın pasportunu almaqdır. 2020-ci ilə qədər isə ən çox Rusiya vətəndaşlığı alanlar qazaxıstanlılar olub.
Ümumiyyətlə. 2020-ci ildə Rusiya vətəndaşlığı alan Mərkəzi Asiya dövlətlərinin sakinlərinin sayı 144 min 200-dür.
Sıralama isə belədir:
Tacikistan 44%
Qazaxıstan 30%
Özbəkistan 16%
Qırğızıstan 8.3%
Türkmənistan 1.7%
Bizim.Media