“İctimai nəqliyyatda tibbi maskalardan istifadə edilməmə halları var”.
Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
"Ölkədə 6 milyon ümumi doza vaksin vurulub” – TƏBİB-in nümayəndəsi
DİN sözçüsü vətəndaşlara və daşıyıcı şirkətlərə müraciət edib:
“Sürücülərin hər birinə tibbi maskadan istifadə ilə bağlı təlimatlar versinlər. Tibbi maskadan istifadə etməyənlər həmin avtobusa buraxılmasınlar. Vətəndaşlarımız isə tibbi maska istifadə etmədən avtobusa daxil olmasınlar”.
Bizim.Media