"Toylarda aparılan monitorinqlər zamanı 38 nəfər həbs edilib" - RƏSMİ

Hazırda oxunan: "Toylarda aparılan monitorinqlər zamanı 38 nəfər həbs edilib" - RƏSMİ

33473

“Bugünkü brifinqdə heç bir məhdudiyyətdən söhbət getmədi. Bütün qaydalar olduğu kimi saxlanıldı”.

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Ölkədə 6 milyon ümumi doza vaksin vurulub” – TƏBİB-in nümayəndəsi


Onun sözlərinə görə, tədirisin başlaması üçün hər kəs qaydalara əməl etməlidir:

“Dövlətin işini çətinləşdirməməliyik. Toy, nişan, ad günü mərasimlərinin təşkili ilə bağlı monitorinqlər bu gün də davam etdirilir. İyulun 1-dən bu günə qədər monitorin 4 865 toy şənliyinin monitorinqi həyata keçirilib. Buradakı mənzərə bir o qədər də ürəkaçan olmayıb. Bu dövr ərzində 38 nəfər həbs edilib, 27 nəfər barəsində materiallar məhkəmələrə göndərilib. 46 899 nəfər COVID-19 pasportu olmayıb. Onlar arasında xəstələr də olub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin