“Təəssüf ki, saxta COVID-19 pasportu verən tibb işçiləri var. Xəstələr var ki, onların pasportu var və reanimasiyadadır. İnsan öz əli ilə pul verib və bu gün onun həyatı təhlükə altındadır”.
Bizim.Media xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
"Ölkədə 6 milyon ümumi doza vaksin vurulub” – TƏBİB-in nümayəndəsi
Onun sözlərinə görə, bu kimi faktlar araşdırılır:
“İnsanlar nəinki öz həyatı ilə oynayırlar, həm də dövlətin siyasətinə xələl gətirirlər. Bununla mübarizə davam edir. Buradan da tibb işçilərinə xəbərdarlıq edirik ki, bu kimi hallara yol verənlər məsuliyyətə cəlb olunacaqlar”.
Bizim.Media