Əli Məsimli universitetlərdə dərs deməkdən niyə boyun qaçırıb?

Hazırda oxunan: Əli Məsimli universitetlərdə dərs deməkdən niyə boyun qaçırıb?

33447

 Rusiya telekanalları Sankt-Peterburqda düzənlənən “G-20” sammiti öncəsi  ötən il təsadüfən Medvedyevlə uğursuz polemikanın qurbanı olaraq vəzifəsindən istefa vermiş keçmiş maliyyə naziri Aleksey Kudrinin Sankt-Peterburq Dövlət Universitetinin professoru kimi müsahibəsini yadı. Məhşur maliyyəçi dünya iqtisadiyyatını sarsıdan böhranın səbəbləri və çıxış yollarını göstərirdi.

Maraqlıdır, niyə bizdə  belə ənənə yoxdur? Məsələn, niyə istefaya gedən maliyyə, əmlak, təhsil, yaxud iqtisadi inkişaf nazirləri Azərbaycan iqtisadiyyatının, elminin inkişafına öz töhfələrini vermir, gənc mütəxəssislərə öz praktik təcrübələrini öyrətmirlər? Məsələ burasındadır ki, heç iqtisadçı deputatlarımız da sanki auditoriyaya girmək, nəzəri-praktiki biliklərini tələbələrə öyrətmək həvəsində deyillər.

Moderator.az millət vəkili, iqtisadçı alim Əli Məsimlinin mövzuyla bağlı fikirlərini öyrənib. Deputat iradları qəbul edib və etiraf edib ki, doğrudan da bizdə belə ənənə yoxdur və istefaya gedən yüksək çinli məmurlar öz biliklərini nədənsə tələbələrlə paylaşmağa meyl göstərmirlər. Bunun dəqiq səbəbini söyləməkdə çətinlik çəkdiyini deyən iqtisadçı alim öz üzərinə düşən yükü isə bu formada çəkdiyini bildirdi:

“Mənə İqtisad Universitetində dərs demək təklif olunub, amma xeyli vaxtdır hələ bu haqda fikirləşirəm, dəqiq qərar verməmişəm. Ancaq boş da oturmamışıq, İqtisadi və Sosial İnnovasiyalar İnstitutu yaradırıq. Əvvəlcə elmi tədqiqatlardan başlamışıq. Artıq iki kitab buraxa bilmişik, üçüncünü də hazırlayırıq. Maraqlı işləmələrimiz var. Düzü, ərsəyə gətirə bilsək, mən bu varianta üstünlük verirəm. Çünki təhsil sistemimizdəki neqativlərin "birləşmiş qablar qanunu" prinsipi üzrə nəzəri cəhətdən olsa belə, bir damlasının belə üstümə sıçramasını arzu etmirəm.”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin