“Dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət gücləndiriləcək”

Hazırda oxunan: “Dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət gücləndiriləcək”

33423

“Konstitusiya” Araşdırmalar Fondu, “Hüquq və İnkişaf” İB, “Prioritet” Sosial İqtisadi Araşdırmalar İB, “Demokratiyanı Öyrənmə” İB, “Azərbaycanda yoxsulluğun azaldılmasına kömək” İB-ni birləşdirən “Açıq hökumətin təşviqi” Koalisiyası Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Açıq hökumətin təşviqi ilə bağlı maarifləndirmə, məlumatlandırma tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində 2 sentyabr 2013-cü il tarixdə Şəmkir və Hacıqabul rayonlarında “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirib.

Layihə prezidentin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə“Açıq hökumətin təşviqi ilə bağlı maarifləndirmə, məlumatlandırma tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində həyata keçirilir.

İctimai dinləmələrdə yerli icra hakimiyyətinin rəsmiləri, ictimai fəallar, yerli QHT və KİV nümayəndələri, bələdiyyə üzvləri iştirak ediblər. İctimai dinləməyə 200 nəfərdən çox iştirakçı qatılıb.
Şirvan şəhərində keçirilən tədbiri Şirvan rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə baş məsləhətçisi Adəm Hüseynov, Hacıqabul rayonunda keçirilən tədbiri isə Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısının müavini İlqar Talıbov açılış nitqi ilə açıb. Çıxışlarda regionlarda şəffaflığın təmin edilməsi, vətəndaşların informasiyaya çıxışı imkanlarının genişləndirilməsi, dövlət büdcəsinin vəsaitlərindən istifadəyə ictimai nəzarətin artırılması istiqamətində atılan addımlar, davamlı təşəbbüslər haqqında məlumat verilib.

Tədbirlərdə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, layihə rəhbəri Əliməmməd Nriyev “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər: nəticələr və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.

Ə.Nuriyev bildirib ki, Milli Fəaliyyət Planın icrası dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi, vətəndaşların məlumat almaq imkanlarının genişləndirilməsi, əhaliyə elektron xidmətlərin göstərilməsinin keyfiyyətinin yüksəldilməsi istiqamətində yeni imkanlar açacaq.
Bu planın icrası nəticəsində dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılmasında çox əhəmiyyətli nəticələr əldə ediləcəkdir.
 

“Dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli və rahat həyata keçirilməsi məqsədi ilə 2012-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təsis edilmişdir və bu qurumun nəzdində “ASAN” xidmət mərkəzləri çox uğurla fəaliyyət göstərərir. Artıq bu sahədə Azərbaycan nümunəsi digər ölkələr tərəfindən öyrənilməyə başlayıb”.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin