İşğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin sistemli şəkildə aparılması, ölkə memarlarının və şəhərsalma mütəxəssislərinin Qarabağda yenidənqurma proseslərində iştirakının təmin edilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçirilən “Qədim Qarabağın yenilənən siması” adlı müsabiqəyə yekun vurulub.
Bizim.Media xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.
İndiki mərhələdə 5 kəndi (Sarıcalı, Şəlvə, Horadiz, Böyük Mərcanlı, Zar) və 1 qəsəbəni (Xudafərin) əhatə edən müsabiqənin hədəfi eyni zamanda gənc memar və layihəçilər arasında istedadların müəyyən edilməsi və onların yanaşmalarının öyrənilməsi, eləcə də təqdim olunan layihələrdə qeyri-standart konsepsiyaların axtarışı idi.
Münsiflər heyətinin Komitədə keçirilən iclasında müsabiqənin şərtlərinə cavab verən 21 layihədən ən yaxşıları müəyyən edilib.
Seçilən layihələr və onların müəllifləri haqqında daha ətraflı məlumatla www.bizimqarabagh.az saytından tanış olmaq mümkündür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:38 / 19.08.2021
Qarabağda 5 kənd və 1 qəsəbə üçün ən yaxşı layihələr seçilib - FOTO
Hazırda oxunan: Qarabağda 5 kənd və 1 qəsəbə üçün ən yaxşı layihələr seçilib - FOTO
Hazırda oxunan: Qarabağda 5 kənd və 1 qəsəbə üçün ən yaxşı layihələr seçilib - FOTO
33413
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.