Avqustun 19-da Qafqaz Müsəlmanları İdarəsində Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.
Şeyxülislam Allahşükür Paşazadə Aşura günündə tibbi ehtiyacı olanlara qan vermək təşəbbüsünün cəmiyyətdə müsbət qarşılandığını deyib.
Mərasimdə Dağ yəhudiləri icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin təmsilçisi Konstantin Pimonov, Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski iştirak ediblər.
Toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəlikdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Bizim.Media