Kafe və restoranlarda POZUNTULAR – SİYAHI

Hazırda oxunan: Kafe və restoranlarda POZUNTULAR – SİYAHI

33369

Avqustun 18-də ölkə üzrə 401 ictimai iaşə obyektində 675 monitorinq keçirilib. Monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ya verilən məlumata görə, aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
 

MÖVZU İLƏ BAĞLI:

"Anadolu" restoranı CƏZALANDIRILDI


Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr., ev 566 ünvanında yerləşən, fiziki şəxs Baxışov Cəmaləddin Baxış oğluna məxsus “Chaikhor” çay evi;

2. Bakı şəhəri, Nizami rayonu, Şərifli küç., ev 25 ünvanında yerləşən, fiziki şəxs Sadıqova Mətanət Rəşid qızına məxsus kafe;

3. Bakı şəhəri, Nəsimi rayonu, Ü. Hacıbəyov küç., ev 37/43 ünvanında yerləşən, fiziki şəxs Əkbərova İlhamə İsmayıl qızına məxsus “İdeal” kafesi;

4. Bakı şəhəri, Nəsimi rayonu, Ü. Hacıbəyov küç., ev 10, məh. 37/43 ünvanında yerləşən, fiziki şəxs Faruk Cemil Ozmen oğluna məxsus kafe;

5. Bakı şəhəri, Səbail rayonu, Ə. Nəzərov küç., ev 3 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Elvin Kərim oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nizami rayonu, S. Mirzeyev və Çobanzadə küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Abdullayev Zaur Alikoviç oğluna məxsus “Nanə” restoranı;

7. Bakı şəhəri, Nizami rayonu, Hacıyev küç., ev 4 ünvanında yerləşən, fiziki şəxs Quliyev Arif Kənan oğluna məxsus kafe;

8. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 124 ünvanında yerləşən, fiziki şəxs Abbasov Cavid Dilqəm oğluna məxsus “Kabab evi” kafesi;

9. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 130 ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Arif Əli oğluna məxsus “Daş Fırın” restoranı;

10. Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küç., ev 106 ünvanında yerləşən, fiziki şəxs Kadrı Yıldıza məxsus kafe;

11. Bakı şəhəri, Xətai rayonu, S. Vəzirov küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Nicat Nazir oğluna məxsus “Adana Lahmacun” restoranı;

12. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, fiziki şəxs Əliyev Şahin Məmmədrza oğluna məxsus “Murad” kafesi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin