Şuşa sakini: "Cıdır düzündən götürdüyüm torpağı..."

Hazırda oxunan: Şuşa sakini: "Cıdır düzündən götürdüyüm torpağı..."

33354

"28 ildir Şuşadan getmişik, amma Şuşasız yaşamaq bizə o qədər çətin olub ki, sözlə ifadə edə bilmirəm. Şükürlər olsun ki, biz artıq məcburi köçkün deyilik. Şükürlər olsun ki, biz artıq doğma Şuşamızdayıq. Nə qədər möcüzəli görünsə də, biz burdayıq, qayıtmışıq".

Bizim.Media xəbər verir ki, bunu Şuşanı ziyarət edən şəhər sakini, 67 yaşlı Gülbəsti Bədrixanova deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşa sakinləri Cıdır düzündə  - FOTO


"Biz bu gün Ali Baş Komandanımızın, qüdrətli ordumuzun sayəsində Şuşaya qayıtmışıq. Bu gün o qədər sevinc göz yaşları ağlamışam ki. Heç inana bilmirəm ki, mən Şuşaya qovuşmuşam. Elə bilirəm ki, hamısı yuxudur. Balalarıma elə deyirdim ki, Şuşanı görməmiş ölmək istəmirəm", - o bildirib.

38 yaşında şəhərdən çıxdığını deyən keçmiş məcburi köçkün buradan qayıtmaq istəmədiyini vurğulayıb: "Şuşadan qayıtmaq istəmirəm, dua edirəm ki, maşın xarab olsun burada qalaq. Cıdır düzündən götürdüyüm torpağı dünyasını dəyişən ailə üzvlərimizin, qohumlarımızın məzarı üzərinə səpəcəm". (Report)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin