“Canlı şahidiyəm ki, Bakını tanımaq olmur” - Koreya Milli Assambleyasının sədri

Hazırda oxunan: “Canlı şahidiyəm ki, Bakını tanımaq olmur” - Koreya Milli Assambleyasının sədri

33342

“Koreya Respublikasının Prezidenti cənab Mun Ceinin salamlarını Sizə çatdırmaq istəyirəm. Mən çox yüksək qiymətləndirirəm ki, Sizin prezidentlik fəaliyyətiniz dövründə Azərbaycanda həm siyasi sabitlik hökm sürüb, həm də Azərbaycan iqtisadi cəhətdən inkişaf edib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrini qəbul etdi – FOTO-VİDEO


“Mən çox şadam ki, Sizi belə bir mühüm ildə ziyarət etdim. Çünki bu il sizin müstəqilliyinizin 30 ili tamam olur. Həmçinin növbəti il Azərbaycan ilə Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur.

Mən səkkiz il əvvəl Azərbaycana Milli Assambleyanın sədr müavini vəzifəsində gəlmişdim və Sizinlə görüşmüşdüm.

Bu səkkiz il ərzində Bakı çox dəyişib, inkişaf edib. Canlı şahidiyəm ki, Bakını tanımaq olmur. Bakı çox inkişaf edib. Bizim əlaqələrimizin potensialı hazırkı inkişaf səviyyəsindən daha artıqdır”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin