Mobil telefonların şüalanması ilə bağlı əsas təhdid xərçəng xəstəliyidir.
Bizim.Media xəbər verir ki, 2011-ci ildə xərçəng araşdırmaları ilə məşğul olan agentlik bu qənaətə gəlib. Amerikanın onkoloji təşkilatı da mümkün riskləri etiraf edib, amma hələki buna sübutların olmadığını bildirib.
O vaxtdan bəri bu istiqamətdə araşdırmalar aparılır, amma mühüm nəticə əldə olunmayıb.
Bu isə obyektiv olmayan yanaşma, statistikanın qeyri-dəqiqliyi, tədqiqatların sifariş xarakterli olması və araşdırma texnologiyalarının dəyişməsi ilə izah olunur.
MÖVZU İLƏ BAĞLI:
Sönmüş telefonlarda bizə necə QULAQ ASIRLAR? – Məlumatlarımız köçürülüb SAXLANILIR
Şüalanmanı necə aşağı salaq?
Problemi araşdıranlar hələ də konkret bir qənaətə gəlməsələr də, şüalanmadan qorunmağın yolları mövcuddur:
1. Telefonu başınızdan aralı tutun.
2. Bacardıqca səsgücləndirici və qulaqlıqdan istifadə edin.
3. Telefonla danışıq vaxtını azaldın.
4. Telefonun çexollarına diqqət yetirin. Çünki bu çexollar həm mühafizə edə, həm də sağlamlığınıza təhlükə yarada bilər. Metal, yaxud maqnitli çexollar telefonun şəbəsini pisləşdirə bilir. Belə olan halda isə cihaz daha çox enerji sərf edəcək ki, bu da şüalanmanın artmasına səbəb olur.
5. Uçuş rejimi telefonu siqnal axtarışlarından uzaq tutur və bu, enerjiyə qənaətə gətirib çıxarır ki, şüalanma da azalır.
6. Yatdığınız vaxt telefonu təhlükəsiz yerdə saxlayın, daha doğrusu özünüzdən aralıda.
7. Yatmazdan qabaq mobil telefonu “Uçuş rejimi”nə keçirin və başqa otağa aparın, ya da dolaba qoyun.
8. Övladınız varsa, mobil telefonların onlardan uzaq olduğuna əmin olun.
Sonda qeyd edək ki, mobil telefonlar həyatımızın bir parçasına çevrilib və belə olan halda sağlamlığa daha çox diqqət ayrılmalıdır. Prosesə ən azından şüalanmanın qarşısını almaqla başlamaq olar.
Bizim.Media