"Məhərrəmlikdə toy edənlərin 99 faizinin uşaqları xəstə doğulacaq" - Hacı Surxay

Hazırda oxunan: "Məhərrəmlikdə toy edənlərin 99 faizinin uşaqları xəstə doğulacaq" - Hacı Surxay

33221

Avqustun 10-u Məhərrəm ayı başlayıb. Əvvəllər Məhərrəm ayında insanlar adi şənlikləri, ad günlərini belə keçirmirdilər. İndi isə toyların ardı-arası kəsilmir. Bunun səbəbi təxminən bəllidir. Əhali karantin rejiminin yenidən sərtləşdiriləcəyindən ehtiyatlandığı toy mərasimlərinin keçirilməsinə əvvəlki illərdə olduğu qədər soyuq yanaşmır.

Bəs din xadimləri bu barədə nə düşünürlər? Məhərrəmlikdə toy etmək olarmı? 

Bizim.Media xəbər verir ki, tanınmış din xadimi, İçərişəhər "Cümə” məscidinin axundu Hacı Surxay mövzu ilə bağlı yenisabah.az-a danışıb. O, Məhərrəm ayında sevinməyin belə haram olduğunu vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Məhərrəmlikdə toy edənləri etməyənlər qınamasın” – Azərbaycanlı alimdən AÇIQLAMA


Müsahibimiz Məhərrəm ayında evlənənlərin xoşbəxt olub-olmayacağıyla bağlı iddialara münasibət bildirib:

"Məhərrəmlikdə sevinmək nə qədər icazəli deyilsə, toy etmək də o qədər icazəli deyil. Biz övladlarımızı böyüdürük, gələcək nəsillərin inkişafı  üçün onları evləndirib, xeyr dua veririk. Toy vaxtını isə 3-4 ay öncədən təyin edirik ki, əlamətdar gün olmasın.
 

Yəni şəhidlik, torpaqlarımız işğal altında olan zaman işğal günlərində toy keçirilmirdi. Bu bizim inancımızdır, heç vaxt unutmamalıyıq. 


Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır. Əgər ailə səadətindən, xoşbəxtlikdən danışa bilmiriksə, uşaqların sağlamlığı da sual altında olacaq. Bir din xadimi olaraq bu mənim subyektiv fikrimdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin