Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində vətəndaşları aldadaraq onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini İqbal Muğumov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı özünü bloger, jurnalist kimi təqdim edən İ.Muğumovun Ramiz Əmirov adlı şəxsin problemini həll edəcəyi vədi ilə onu aldadıb, 600 manat pulunu ələ keçirdiyi məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Vətəndaşları aldadan dələduz iş başında saxlanıldı - VİDEO
Ətrafında davam etdirilən tədbirlərlə saxlanılan şəxsin daha bir Şəki rayon sakinindən isə barəsində şikayət olması bəhanəsi ilə 10 min manat pul tələb etdiyi müəyyən olunub.
Bizim.Media